1/

Bakı bulvarında COP29 Məlumat Mərkəzi istifadəyə verildi

27-06-2024

Bakı bulvarında COP29 Məlumat Mərkəzi istifadəyə verildi

     Dənizkənarı Bulvar İdarəsinin dəstəyi ilə Bakı bulvarında keçirilən açılış mərasimində COP29-un müəyyən edilmiş prezidenti, Azərbaycanın ekologiya və təbii sərvətlər naziri Muxtar Babayev, COP29 Azərbaycan Əməliyyat Şirkətinin İdarə Heyətinin sədri və Əməliyyatlar üzrə baş icraçı Nərmin Carçalova, Dənizkənarı Bulvar İdarəsi İdarə Heyətinin sədri Xanlar Ağalarov, eləcə də ölkəmizdə səfərdə olan BMT Baş katibinin müavini və Ətraf Mühit Proqramının (UNEP) icraçı direktoru İnger Andersen iştirak ediblər.

     Mərkəz COP29 qlobal iqlim konfransının məqsəd və hədəfləri, iqlim dəyişmələri ilə qlobal mübarizədə kollektiv fəaliyyətin əhəmiyyəti haqqında məlumatların əlçatanlığını və ekoloji biliklərin artırılmasını təmin edəcək.

    Bununla yanaşı, növbəti aylarda həftəsonu günlərində Məlumat Mərkəzində müxtəlif idman, incəsənət və maarifləndirmə tədbirləri, həmçinin digər fəaliyyətlər təşkil ediləcək.

OTHER NEWS

09-11-2023

Dənizkənarı Milli Parkda Dövlət Bayrağı Günü qeyd olundu

See more
01-06-2024

Şəhid övladlarının Bulvar gəzintisi

See more
14-07-2022

BICYCLE MARCH WAS HELD FOR A CLEAN CITY "GET ON THE MOVE"

See more