Bulvarın 115 illiyinə həsr olunan fotomüsabiqə keçirilir
Bulvarın 115 illiyinə həsr olunan fotomüsabiqə keçirilir
Dənizkənarı Bulvar İdarəsi “Bakı Bulvarı”nın yaradılmasının 115 illiyinə həsr olunan “Bulvarın bir anı” adlı fotomüsabiqəyə start verir. Martın 15-dən aprelin 7-dək keçiriləcək müsabiqədə həm həvəskar, həm də peşəkar fotoqraflar iştirak edə bilərlər. Qaliblər müstəqil ekspertlərdən ibarət münsiflər heyəti tərəfindən qiymətləndiriləcək. Müsabiqənin yekununda birinci yerin sahibinə 1500, ikinci yerin sahibinə 1000 və üçüncü yerin sahibinə 500 manat mükafat təqdim olunacaq.
Müsabiqənin şərtləri barədə daha ətraflı məlumatlarla www.bulvar.gov.az saytından tanış olmaq olar.
A photo exhibition titled “Zəfər yolu ilə Böyük Qayıdış” was organized at the Seaside National Park
The first meeting of the Public Council's election commission was held at the Seaside Boulevard Department
The record of the Azerbaijani Flag flying in the State Flag Square has been updated in the Guinness World Records.