1/

Dənizkənarı Milli Parkda fəaliyyət göstərən atraksionlar təhlükəsizlik tələblərinə tam cavab verir

29-12-2023

Dənizkənarı Milli Parkda fəaliyyət göstərən atraksionlar təhlükəsizlik tələblərinə tam cavab verir

Fövqəladə Hallar Nazirliyi (FHN) Dünya Azərbaycanlılarının Həmrəylik Günü və Yeni İl bayramları ərəfəsində Dənizkənarı Milli Parkda fəaliyyət göstərən atraksionlara baxış keçirib. Nəzarət-yoxlama tədbirlərini FHN-in Sənayedə İşlərin Təhlükəsiz Görülməsi və Dağ-Mədən Nəzarəti Dövlət Agentliyi icra edib. Attraksionların təhlükəsiz istismarının təmin olunması məqsədilə həmin qurğuların texniki təhlükəsizlik tələblərinə uyğunluğu yoxlanılıb. Nazirlik əməkdaşlarınının apardığı müayinələr zamanı əyləncə qurğularında heç bir qüsur aşkar edilməyib, atraksionların təhlükəsizlik tələblərinə tam cavab verdiyi müəyyən olunub.

Qeyd edək ki, Dənizkənarı Milli Parkda atraksionlar mütəmadi olaraq texniki baxışdan keçirilir. Onların istismarı müddətində işçilərin, mühəndis texniklərin bilik səviyyələri yoxlanılır.

OTHER NEWS

03-09-2022

Plastic waste containers have been placed in Seaside National Park

See more
20-07-2025

Cinema Evening at the Boulevard

See more
26-02-2020

28 years have passed since the day of Khojaly genocide

See more