1/

Dənizkənarı Milli Parkda “Gimnastika hamı üçün” növü üzrə üçüncü beynəlxalq “Challenge” festivalı keçirilib

30-06-2025

Dənizkənarı Milli Parkda “Gimnastika hamı üçün” növü üzrə üçüncü beynəlxalq “Challenge” festivalı keçirilib

     Dənizkənarı Milli Parkda “Gimnastika hamı üçün” növü üzrə üçüncü beynəlxalq “Challenge” festivalı keçirilib. Festival iştirakçı komandaların paradı ilə start götürüb. Komandalar Bakı İdman Sarayından yürüşə başlayaraq orkestrin müşayiəti ilə Azərbaycan Dövlət Kukla Teatrının arxasında yerləşən əsas səhnəyə doğru irəliləyiblər.

      Yarışda Azərbaycan, Gürcüstan, Monqolustan və Uqanda olmaqla 4 ölkədən 900-dək iştirakçı və 52 komanda mübarizə aparıb. Azərbaycanın yarışda iştirakı yalnız paytaxtla məhdudlaşmayıb – ölkənin müxtəlif bölgələrindən gələn komandalar da fəal şəkildə təmsil olunublar.

   Festival çərçivəsində iştirakçılar iki yaş kateqoriyasında – 50 yaşdan aşağı və 50 yaşdan yuxarı – öz bacarıqlarını nümayiş etdiriblər. Tədbir zamanı müxtəlif ustad dərsləri, rəngarəng komandaların yürüşləri, gimnastika üzrə çıxışlar və hər yaşa uyğun əyləncə proqramları təşkil olunub.

DİGƏR XƏBƏRLƏR

23-07-2021

İyulun 23-də Dənizkənarı Bulvar İdarəsinin yanında İctimai Şuraya təkrar seçkilər keçirilib.

Daha çox
27-09-2022

Dənizkənarı Bulvar İdarəsinin kollektivi Anım Günü ilə əlaqədar İkinci Fəxri xiyabanı ziyarət edib.

Daha çox
03-09-2022

Dənizkənarı Milli Parkda özünümüdafiə təlimi keçirilmişdir

Daha çox