1/

Dənizkənarı Milli Parkda Milli Etalon Vaxtının göstərilməsinə başlanılıb

02-04-2026

Dənizkənarı Milli Parkda Milli Etalon Vaxtının göstərilməsinə başlanılıb

Milli Etalon Vaxtı - UTC (AZ)-ın nümayişi ölkədə beynəlxalq səviyyədə təsdiqlənmiş dəqiq vaxtın göstərilməsini təmin edir, vətəndaşlara saatlarını buna uyğun şəkildə tənzimləmə imkanı verir.

Azərbaycan Respublikasının Prezidenti yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyinin tabeliyində olan Azərbaycan Metrologiya İnstitutu (AzMİ) tərəfindən ölkədə vaxt etalonunun tətbiqi ilə əlaqədar daha bir mühüm addım atılıb.

Artıq Dənizkənarı Milli Park ərazisində yerləşən “Saat qülləsi”ndə Azərbaycanın Milli Etalon Vaxtı – UTC (AZ) əks olunur. Bununla bağlı sözügedən qüllənin yaxınlığında ziyarətçilərin maarifləndirilməsi məqsədilə məlumatlandırıcı stend də quraşdırılıb.

Qeyd edək ki, “Saat qülləsi”ndə UTC (AZ)-ın göstərilməsi ölkədə beynəlxalq səviyyədə təsdiqlənmiş dəqiq vaxtın nümayişi ilə yanaşı, vətəndaşların saatlarını tənzimləyə bilməsi məqsədini daşıyır.

Qeyd: Milli Etalon Vaxtı - UTC (AZ) Çəkilər və Ölçülər üzrə Beynəlxalq Büro (Bureau International des Poids et Mesures - BIPM) tərəfindən 2025-ci ilin noyabr ayında təsdiq olunub, ölkədə vahid və etibarlı vaxt infrastrukturunun formalaşdırılması baxımından mühüm əhəmiyyətə malikdir.

DİGƏR XƏBƏRLƏR

04-08-2023

Dənizkənarı Milli Parkda Özbəkistan mədəniyyət günlərinin bağlanış konserti keçirilib

Daha çox
10-05-2025

Ümummilli Lider Heydər Əliyevin xatirəsi yad edilib

Daha çox
07-04-2024

Bulvarın bir anı adlı fotomüsabiqənin qalibləri müəyyənləşdi

Daha çox