1/

Dənizkənarı Milli Parkda parklanma ödənişləri artıq “AzParking” tətbiqi üzərindən həyata keçirilir

27-11-2025

Dənizkənarı Milli Parkda parklanma ödənişləri artıq “AzParking” tətbiqi üzərindən həyata keçirilir

Dənizkənarı Bulvar İdarəsi ziyarətçi rahatlığını, şəffaflığı və xidmətlərin çevikliyini təmin etmək məqsədilə parklanma prosesində nömrətanıma və onlayn ödəniş sistemini istifadəyə verib. Artıq Dənizkənarı Milli Parkın ərazisində parklanma xidmətlərindən istifadə edən sürücülər ödənişlərini “AzParking” mobil tətbiqi vasitəsilə həyata keçirə bilərlər.

Yeni sistem sürücülərə parklanmanı qeydiyyatdan keçirmək, müddətə nəzarət etmək və ödənişi tam olaraq nağdsız şəkildə, tətbiq üzərindən etmək imkanı yaradır.

DİGƏR XƏBƏRLƏR

09-11-2023

Dənizkənarı Bulvar İdarəsinin kollektivi Fəxri Xiyabanı və Şəhidlər Xiyabanını ziyarət edib

Daha çox
30-04-2024

Dənizkənarı Milli Parkda dezinfeksiya, dezinseksiya və deratizasiya işləri aparılır

Daha çox
05-11-2021

Dənizkənarı Bulvar idarəsinin yanında İctimai Şuranın növbəti iclası keçirilib

Daha çox