Dənizkənarı Milli Parkda quşlar üçün yuva-evcikləri hazırlandı
Dənizkənarı Milli Parkda quşlar üçün yuva-evcikləri hazırlandı
Dənizkənarı Milli Parkda Bakı şəhəri 3 nömrəli Uşaq-Gənclər İnkişaf Mərkəzinin yetirmələrinin iştirakı ilə "Təbiətə quş yuvaları hədiyyə edək" adlı tədbir keçirilib.
"Yaşıl dünya naminə həmrəylik ili" və Bakı bulvarının yaranmasının 115 ilinə həsr olunan tədbirdə gənc rəssamlar quşlar üçün yuva-evcikləri hazırlayıblar. Layihənin məqsədi uşaqların təbiətə olan diqqət və marağını artırmaqdır. Tədbirdə həmçinin mərkəzin bədii kollektivi konsert proqramı təqdim edilib.
Dənizkənarı Milli Parkda Abay Kunanbayevə həsr edilən kitabın təqdimatı keçirilib
Dənizkənarı Milli Park Yeni il ab-havasına büründü
Bakı bulvarı Azərbaycanda ilk dəfə keçirilən Opera Günlərinin bağlanış konsertinə ev sabibliyi etdi