1/

Dənizkənarı Milli Parkda Yeni il yarmarkası fəaliyyətə başladı

01-12-2025

Dənizkənarı Milli Parkda Yeni il yarmarkası fəaliyyətə başladı

Dənizkənarı Bulvar İdarəsi builki Yeni il yarmarkasına xüsusi hazırlıq görüb. Builki yarmarka yeni və fərqli tərtibatda hazırlanıb. Burada quraşdırılan oturacaqlar, dekorativ elementlər və işıqlandırma birlikdə bulvarın daxilində sanki kiçik şəhərcik görüntüsü yaradır.

Dənizkənarı Bulvar İdarəsinin təşkil etdiyi yarmarkada ən diqqətçəkən yeniliklərindən biri şəhərin ilk açıq havada buz meydançasıdır. ÜNNA Studio tərəfindən qurulan və “Nargis” Fondu tərəfindən təşkil olunan bu meydança dekabrın 1-dən yanvarın 5-dək fəaliyyət göstərəcək. Məkan açıq səma altında konki sürmək istəyənlər üçün yeni və maraqlı bir imkan yaradıb.

Meydança beynəlxalq təhlükəsizlik və keyfiyyət standartlarına uyğun şəkildə hazırlanıb. Bu isə hər yaşdan və bacarıq səviyyəsindən olan ziyarətçilər üçün rahat və təhlükəsiz istirahət imkanı təmin edir. Təxminən 750 kvadratmetr genişliyində olan buz örtüyü sərbəst və rahat konki sürməyə şərait yaradır.

Qeyd edək ki, Bakı bulvarında təşkil olunan yarmarka yanvarın ortalarına qədər davam edəcək.

DİGƏR XƏBƏRLƏR

20-01-2020

Dənizkənarı Bulvar İdarəsində 20 Yanvar şəhidlərinin xatirəsi anılıb

Daha çox
16-04-2024

Dənizkənarı Milli Parkda quşlar üçün yuva-evcikləri hazırlandı

Daha çox
01-06-2023

Dənizkənarı Bulvar İdarəsinin uşaqlara hədiyyəsi

Daha çox