1/

21-09-2019

Dənizkənarı Milli Parkda Azərbaycanın multikultural dəyərlərinə həsr olunan “Bir günəş altında” adlı fotosərgi açılıb. Sərgi Heydər Əliyev Fondunun dəstəyi, Bakı Media Mərkəzinin təşkilatçılığı ilə reallaşıb. Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva sərginin açılışında iştirak edib. Bu sərgidə Azərbaycanda yaşayan müxtəlif xalqların nümayəndələrinin Bakı Media Mərkəzinin peşəkar fotoqrafları tərəfindən lentə alınmış fotoşəkilləri təqdim edilir. Sərgidə nümayiş olunan fotoların müəllifləri Bakı Media Mərkəzinin fotoqrafları Vüqar İbadov və Zaur Mirzəyevdir. Fotosərginin təşkil edilməsində məqsəd Azərbaycanda tolerant mühitin formalaşdığını, dinindən, dilindən, milliyyətindən asılı olmayaraq hər kəsin bərabər hüquq və azadlıqlardan istifadə etmək imkanı qazandığını bir daha göstərməkdir.

DİGƏR XƏBƏRLƏR

27-09-2025

Dənizkənarı Bulvar İdarəsinin kollektivi şəhidlərin xatirəsini yad edib

Daha çox
08-02-2024

Fevralın 7-də Dənizkənarı Milli Parkda bayram ab-havası

Daha çox
20-01-2023

Şəhidlərin əziz xatirəsi yad edilib

Daha çox