1/

14-09-2019

Dənizkənarı Milli Parkda uşaq, yeniyetmə və gənclər üçün açıq karate seminarı keçirilib. Azərbaycanın Milli Qəhrəmanı, tankçı Albert Aqarunovun 50 illik yubileyinə həsr olunan seminara müxtəlif bölgələrdən minə qədər idmançı qatılıb. Dağ yəhudiləri dini icmasının rəhbəri Melix Yevdayev Azərbaycanın Milli Qəhrəmanı Albert Aqarunovun xatirəsinə həsr olunan belə tədbirlərin təşkilinə görə minnətdarlığını ifadə edib. O, Azərbaycanda əsası ulu öndər Heydər Əliyev tərəfindən qoyulan tolerantlıq siyasətinin Prezident İlham Əliyevin rəhbərliyi ilə uğurla davam etdirilməsi nəticəsində Azərbaycanın dünyada tolerantlıq məkanı kimi tanındığını ifadə edib.

DİGƏR XƏBƏRLƏR

12-12-2025

Ümummilli Lider Heydər Əliyevin xatirəsi anılıb

Daha çox
25-09-2020

Milli Parkda tələbələr üçün plener məşğələ keçirilib

Daha çox
17-02-2025

Bakı bulvarı lalə mövsümünə hazırlaşır

Daha çox