1/

Dənizkənarı Bulvar İdarəsinin kollektivi Anım Günü ilə əlaqədar İkinci Fəxri xiyabanı ziyarət edib.

27-09-2022

27 sentyabr 2022-ci il tarixində Dənizkənarı Bulvar İdarəsinin kollektivi Anım Günü ilə əlaqədar İkinci Fəxri xiyabanı ziyarət ediblər. Azərbaycanın 44 günlük Vətən müharibəsində canlarını fəda etmiş şəhidlərimizin əziz xatirəsi vətəndaşlarımız tərəfindən dərin ehtiramla yad olunub.

Vətən müharibəsi Azərbaycan xalqının qəhrəmanlıq səhifəsidir. Ölkənin ərazi bütövlüyü uğrunda şəhid olmuş əsgər və zabitlərimiz heç vaxt unudulmayacaq və onlar qəlbimizdə əbədi yaşayacaqlar.

DİGƏR XƏBƏRLƏR

25-08-2024

Dənizkənarı Milli Parkda klassik avtomobillərin sərgisi keçirilib

Daha çox
06-06-2026

İyunun 6-da Bakı Bulvarında “Classics & Supercars” festivalı başladı

Daha çox
16-04-2024

Dənizkənarı Milli Parkda quşlar üçün yuva-evcikləri hazırlandı

Daha çox