1/

Dənizkənarı Milli Parkda Beynəlxalq Əlillər Gününə həsr edilmiş inklüziv velosiped yürüşü təşkil olunub

03-12-2021

“Əlil Velosipedçilərə Dəstək” İctimai Birliyinin təşkilatçılığı, “Regional İnkişaf” İctimai Birliyi (RİİB), Azərbaycan Velosiped İdmanı Federasiyası (AzVİF), Dənizkənarı Bulvar İdarəsi və “ARB Media Qrup”un dəstəyi ilə 3 dekabr - Beynəlxalq Əlillər Gününə həsr edilmiş inklüziv velosiped yürüşü təşkil olunub.

Məqsəd ictimai həyatın bütün sahələrində əlillərin hüquqlarının qorunması və geniş ictimaiyyətin diqqətini onların problemlərinə yönəltmək, həmçinin onları para-velosiped idmanına cəlb etməklə cəmiyyətə inteqrasiyasına və psixoloji vəziyyətlərinin bərpasına dəstək vermək, özünəinam hisslərini artırmaq, eləcə də əlilliyi olan şəxslərə və əlilliyi olan uşaqların valideynlərinə müasir Bakının müəssərliyini göstərməkdir. Su İdmanı Sarayının qarşısından start götürən yürüşə Para-Velosiped Klubu, AzVİF və müxtəlif velosiped klublarını təmsil edən, ümumilikdə 20-dən çox velosipedçi qatılıb. Tədbirin təşkilinə “Regional İnkişaf” İctimai Birliyinin könüllüləri tərəfindən dəstək verilib.

ДРУГИЕ НОВОСТИ

04-06-2020

История Бульвара в фотографиях

Увидеть больше
05-07-2022

Azərbaycanın və ABŞ-ın Müstəqillik Günlərinin qeyd olunması ilə bağlı tədbir təşkil edilib

Увидеть больше
07-04-2024

Tanınmış bloggerlər Dənizkənarı Milli Parkda bir araya gəldilər

Увидеть больше