Dənizkənarı Milli Parkın pasportu hazırlanıb
Dənizkənarı Milli Parkın pasportu hazırlanıb
Dənizkənarı Bulvar İdarəsi və Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi yanında Bioloji Müxtəlifliyin Qorunması Xidmətinin birgə əməkdaşlığı ilə Dənizkənarı Milli Parkın pasportu hazırlanıb və Ekologiya və Təbii Sərvətlər Nazirliyində dövlət qeydiyyatına alınıb. Pasportda Milli Parkın xüsusiyyətləri ilə bağlı qanunvericiliklə müəyyən edilmiş məlumatlar öz əksini tapıb.
Qeyd edək ki, "Xüsusi mühafizə olunan təbiət əraziləri və obyektləri haqqında" Azərbaycan Respublikasının Qanununa uyğun olaraq, xüsusi mühafizə olunan təbiət ərazilərinin və obyektlərinin hər biri üçün pasport hazırlanır. Bu ərazilərin və obyektlərin pasportu müvafiq icra hakimiyyəti orqanında dövlət qeydiyyatına alınmaqla müəyyən olunmuş qaydada saxlanılır.
Bulvar ərazisində velosiped yollarının salınmasına başlanılıb
Люди - создатели красоты
Gənclər və İdman Nazirliyinin 30 illiyi Bakı bulvarında qeyd olundu