Sahil kollektorunun Bakı bulvarına düşən hissəsinin yenilənməsi işlərinin növbəti mərhələsi Milli Xalça Muzeyi yaxınlığında icra olunur
Sahil kollektorunun Bakı bulvarına düşən hissəsinin yenilənməsi işlərinin növbəti mərhələsi Milli Xalça Muzeyi yaxınlığında icra olunur
Bakı şəhərində tullantı sularının təhlükəsiz şəkildə daşınması, mövcud kanalizasiya sisteminin təkmilləşdirilməsi və şəbəkələrin ötürücülük qabiliyyətinin artırılması məqsədilə Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi tərəfindən həyata keçirilən Sahil kollektorunun yenilənməsi işlərinin növbəti mərhələsinə başlanılır.
Növbəti mərhələ çərçivəsində Dənizkənarı Milli Parkın Azərbaycan Milli Xalça Muzeyi yaxınlığında yerləşən hissəsində qazıntı və təmir-quraşdırma işləri icra olunacaq.
Qazıntı işlərinin aparıldığı ərazi müvəqqəti olaraq hasarlanmışdır.
İşlər ziyarətçilərin hərəkətinə və Dənizkənarı Milli Parkın fəaliyyətinə maneə yaratmadan aparılır.
Həyata keçirilən işlər kanalizasiya sisteminin etibarlılığının və ötürücülük qabiliyyətinin artırılmasına, tullantı sularının daha səmərəli idarə olunmasına, həmçinin Bakı buxtasının ekoloji vəziyyətinin yaxşılaşdırılmasına xidmət edir
Dənizkənarı Milli Parkda Novruz şənlikləri haqqında
27 Sentyabr – Anım günü
СВЯЗИ С ДНЕМ ПАМЯТИ КОЛЛЕКТИВ АДМИНИСТРАЦИИ ПРИМОРСКОГО БУЛЬВАРА ПОСЕТИЛА ВТОРУЮ АЛЛЕЮ ПОЧЕТНОГО ЗАХОРОНЕНИЯ.