1/

Alena Əliyeva Novruz yarmarkasını ziyarət edib

18-03-2026

Alena Əliyeva Novruz yarmarkasını ziyarət edib

Martın 18-də Alena Əliyeva və Heydər Əliyev Fondunun icraçı direktoru Anar Ələkbərov Dənizkənarı Milli Park ərazisində təşkil olunmuş Novruz yarmarkasını ziyarət ediblər.
Qonaqlar yarmarkada təşkil olunmuş köşklərə baş çəkib, təamların dadına baxıblar.
Azərbaycanda ilk inklüziv kafe olan "Kaşalata"nın köşkünün fəaliyyəti də diqqətdə saxlanılıb, kafenin əməkdaşlarına təbriklər ünvanlanıb, fəaliyyətlərində uğurlar arzulanıb.
Qonaqlar yarmarka ərazisində təşkil olunan əyləncə məkanına da baş çəkib, hədiyyəli yarışda özlərini sınayıblar.
Alena Əliyeva ziyarətçilər və iştirakçılarla şəkillər çəkdirib, ona hədiyyələr təqdim olunub.

DİGƏR XƏBƏRLƏR

05-11-2021

Dənizkənarı Bulvar idarəsinin yanında İctimai Şuranın növbəti iclası keçirilib

Daha çox
04-06-2020

Bulvarın tarixi fotoşəkillərdə

Daha çox
08-03-2024

Dənizkənarı Bulvar İdarəsi xanımları 8 Mart - Beynəlxalq Qadınlar Günü münasibətilə təbrik etdi

Daha çox