1/

Bakıda Beynəlxalq Qadınlar Günü münasibətilə veloyürüş keçirilib

08-03-2025

Bakıda Beynəlxalq Qadınlar Günü münasibətilə veloyürüş keçirilib

      Azərbaycan Velosiped İdmanı Federasiyası, Gənclər və İdman Nazirliyi, eləcə də Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinin (AYNA) təşkilatçılığı ilə "İdman həftəsi" çərçivəsində martın 8-də Bakıda xanımların veloyürüşü keçirilib.

     Müxtəlif sahələrdə çalışan xanımların iştirakı ilə baş tutan veloyürüş Dənizkənarı Bulvar ərazisində təşkil olunub.

     Veloyürüşdə Heydər Əliyev Fondunun vitse-prezidenti, IDEA İctimai Birliyinin təsisçisi və rəhbəri Leyla Əliyeva, gənclər və idman naziri Fərid Qayıbov və Azərbaycan Velosiped İdmanı Federasiyasının prezidenti Mədət Quliyev iştirak ediblər.

   Veloyürüşün təşkilində əsas məqsəd həvəskar xanım velosipedçilərin asudə vaxtlarının səmərəli keçirilməsinə dəstək olmaq, ekoloji nəqliyyat vasitəsi olan velosipedi təbliğ etmək və qadınları velosipeddən istifadəyə həvəsləndirməkdir. Veloyürüş zamanı xanımlar Azneft dairəsi - Dəniz Vağzalı marşrutu üzrə hərəkət ediblər.

DİGƏR XƏBƏRLƏR

10-09-2021

Dənzikənarı Bulvar İdarəsinin yanında İctimai Şuranın növbəti iclası keçirilib.

Daha çox
21-09-2022

Korrupsiyaya qarşı mübarizə və etik davranış qaydaları mövzusuna həsr olunmuş təlim keçirildi

Daha çox
26-06-2026

Bakı Bulvarı ərazisində ziyarətçilərə fərqli istirahət və gəzinti imkanı təqdim edən yeni layihənin - elektrik mühərrikli faytonların təqdimatı olub

Daha çox