Dənizkənarı Bulvarda Zamanın səsini dinlə fotosərgisinin açılışı olub.
Dənizkənarı Bulvarda Zamanın səsini dinlə fotosərgisinin açılışı olub.
Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva və Bakı Media Mərkəzinin rəhbəri Arzu Əliyeva Dənizkənarı Milli Parkda “Zamanın səsini dinlə” fotosərgisinin açılışında iştirak ediblər.
Sərginin məqsədi müdriklik, təcrübə ilə dolu həyat dövrünü nümayiş etdirməkdir. Burada təqdim olunan fotolarda ahıl şəxslər üçün sosial xidmət müəssisəsinin sakinlərinin simaları əks olunub.
Sərgi Heydər Əliyev Fondunun, Mədəniyyət Nazirliyinin və Dənizkənarı Bulvar İdarəsinin təşkilatçılığı ilə keçirilib.
“Zamanın səsini dinlə” sərgisi ahıl insanlara hörmətin, diqqətin və qayğının nə qədər vacib olduğunu düşünməyə çağırır. Çünki bu qayğı onların ömrünü uzadır, həyatlarını daha da işıqlı və gözəl edir.
Fotosərgi ilə tanış olan Leyla Əliyeva və Arzu Əliyeva ahıl şəxslər üçün sosial xidmət müəssisəsinin sakinləri ilə həmsöhbət olub, onların qayğıları ilə maraqlanıb və xatirə şəkilləri çəkdiriblər.
Dənizkənarı Milli Parkda klassik avtomobillərin sərgisi keçirilib
Bakı bulvarında tutuquşulara həsr olunan fotomüsabiqəyə start verilir
15 İyun Milli Qurtuluş günü və Ümummilli lider Heydər Əliyevin 100 illiyi münasibətilə Dənizkənarı Bulvar İdarəsi aksiya keçirib