1/

Dənizkənarı Milli Parkda Novruz şənlikləri haqqında

17-03-2023

Dənizkənarı Milli Parkda Novruz şənlikləri haqqında

Novruz şənlikləri ilə bağlı Dənizkənarı Bulvar İdarəsi tərəfindən Dənizkənarı Milli Parkda hazırlıq işləri aparılıb. Milli Parkın ərazisi  Novruz bayramı abu-havasında müxtəlif bəzəklər və kompazisiyalarla bəzədilib.

Dövlət Kukla Teatrının arxasındakı meydançada Novruz şəhərciyi salınıb, burada müxtəlif rəngarəng kompazisiyalar, bəzəklər quraşdırılıb. Onların sırasında səməni, tonqallar, milli geyimdə və milli musiqi alətləri ilə olan kuklalar, Nizami Gəncəvinin Xəmsəsindən olan təsvirlərlə bəzədilmiş rəngarəng oyuncaqlar vardır.

Burada 18 mart 2023-cü il tarixindən etibarən uşaqların asudə vaxtının səmərəli keçirilməsi üçün diskoteka, animatorların iştirakı ilə tamaşalar və konsert proqramları təşkil ediləcəkdir. Bununla yanaşı, uşaqların əyləncəsinə rəngarənglik qatmaq məqsədilə hava ilə doldurulmuş oyuncaqlar da yerləşdiriləcəkdir.

Bahar bayramına həsr olunan rəngarəng bəzəkləri, kompazisiyaları nəinki şəhərcikdə, eləcə də  Köhnə Bulvar ərazisi boyunca görmək olar. Belə ki, Kukla Teatrının ətrafında Novruz çərşənbələrini (Su, Od, Yel və Torpaq) simvolizə edən kuklalar, böyük səməni xonçası Milli Parka rəngarəng bayram abu-havası bəxş edəcəkdir.

Novruz bayramına həsr olunmuş şənliklər 26 mart 2023-cü il tarixinə kimi davam edəcəkdir.

DİGƏR XƏBƏRLƏR

17-05-2023

“Arterial hipertenziya ilə Ümumdünya mübarizə günü”nə həsr olunan aksiya

Daha çox
31-05-2021

Dənizkənarı Bulvar İdarəsi yanında İctimai şuraya üzvlüyə namizədlərə dair tələblər və onların qeydiyyatı qaydası

Daha çox
27-06-2024

Bakı bulvarında COP29 Məlumat Mərkəzi istifadəyə verildi

Daha çox