1/

Dənizkənarı Milli Parkda “Zəfər yolu ilə Böyük Qayıdış” adlı fotosərgi təşkil olunub

07-11-2025

Dənizkənarı Milli Parkda “Zəfər yolu ilə Böyük Qayıdış” adlı fotosərgi təşkil olunub

     Noyabrın 7-də Dənizkənarı Milli Parkda Zəfər Günü ilə əlaqədar Dövlət Şəhərsalma və Arxitektura Komitəsi və Dənizkənarı Bulvar İdarəsinin birgə təşkilatçılığı ilə “Zəfər yolu ilə Böyük Qayıdış” adlı fotosərgi təşkil olunub. Bir ay davam edəcək sərgidə işğaldan azad edilmiş ərazilərdə aparılan quruculuq proseslərini və “Böyük Qayıdış” Dövlət Proqramının nəticələrini əks etdirən fotolar nümayiş olunur. Sərgi vasitəsilə paytaxt sakinləri və qonaqlar Azərbaycanın qısa dövrdə həmin ərazilərində həyata keçirdiyi müasir şəhər modelləri ilə tanış ola biləcəklər.

     Qeyd edək ki, 44 günlük Vətən müharibəsində Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə rəşadətli Ordumuzun qazandığı tarixi Qələbədən sonra Azərbaycan şəhərsalma sahəsində yeni mərhələyə qədəm qoyub. Təcavüz nəticəsində viran edilmiş, urbisid və ekosidə məruz qalmış ərazilərdə beş il ərzində əldə edilən uğurlu nəticələr münaqişədən sonrakı bərpanın qlobal nümunəsinə çevrilib. Azərbaycanın müasir şəhərsalma siyasəti insan-mərkəzlilik, dayanıqlılıq və innovasiya prinsiplərinə əsaslanır.
     “Zəfər yolu ilə Böyük Qayıdış” fotosərgisi bu transformasiyaların ruhunu vizual olaraq çatdırır. Fotoşəkillərdə əks olunan bütün şəhərsalma və infrastruktur layihələri, habelə doğma yurda qayıdış səhnələri Zəfərin simvolu kimi böyük nikbinlik və gələcəyə inam aşılayır.

DİGƏR XƏBƏRLƏR

05-06-2024

5 iyun – Ümumdünya Ətraf Mühit Günü

Daha çox
21-09-2019

Dənizkənarı Milli Parkda “Bir günəş altında” adlı fotosərgi açılıb.

Daha çox
18-03-2025

Dənizkənarı Milli Parkdakı atraksionların təhlükəsizlik vəziyyəti yoxlanılıb

Daha çox