İctimai Şuraya seçkilər keçirilib
İctimai Şuraya seçkilər keçirilib
İyulun 15-də Dənizkənarı Bulvar İdarəsinin yanında İctimai Şuraya seçkilər keçirilib. Nazirlər Kabinetinin 2014-cü il 30 may tarixli qərarı ilə təsdiq edilmiş “İctimai şuranın vətəndaş cəmiyyəti institutları tərəfindən seçilməsinə dair Əsasnamə”yə uyğun olaraq seçkilər Bakı Kristal Zalında təşkil olunub. İctimai Şuraya üzvlüklə bağlı seçkilərdə vətəndaş cəmiyyəti institutlarının 17 nümayəndəsi namizəd kimi qeydə alınıb.
Seçki prosesinin sonunda seçki qutusu açılıb və səslər Seçki Komissiyasının üzvlərinin iştirakı ilə müşahidəçilərin nəzarəti altında hesablanıb. Gizli şəkildə keçirilən səsvermənin nəticələrinə əsasən, heç bir vətəndaş cəmiyyəti institutunun nümayəndəsi səslərin çoxluğunu qazana bilməyib.
Dənizkənarı Bulvar İdarəsininin əməkdaşı “Global CIO 200 Sammit”in mükafatını qazanıb
Dənizkənarı Milli Parkda “Zəfər yolu ilə Böyük Qayıdış” adlı fotosərgi təşkil olunub
Dənizkənarı Milli Parkda dezinfeksiya, dezinseksiya və deratizasiya işləri aparılır