1/

Dənizkənarı Milli Parkda klassik avtomobillərin sərgisi keçirilib

25-08-2024

Dənizkənarı Milli Parkda klassik avtomobillərin sərgisi keçirilib

Avqustun 25-də Dənizkənarı Milli Parkda Azərbaycan Avtomobil Federasiyası (AAF), Bakı Şəhər Halqası Əməliyyat Şirkəti və “Dreamland Golf Club”un təşkilatçılığı ilə klassik avtomobillərin sərgisi keçirilib.

Sərgidə klassik avtomobillərin yürüşü üçün qeydiyyatdan keçmiş, həmçinin Heydər Əliyev Mərkəzindəki daimi sərgidən bəzi eksponatlar nümayiş olunub.

Tədbirdə Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva, Azərbaycan Avtomobil Federasiyasının prezidenti Anar Ələkbərov, Bakı Şəhər İcra Hakimiyyətinin başçısı Eldar Əzizov, digər tanınmış şəxslər və paytaxt sakinləri iştirak edib.

Yürüşə 1984-cü ilədək istehsal olunmuş avtomobillər qatılıb. Onların ən qədim nəqliyyat vasitəsi 1929-cu ildə istehsal edilən “Mercedes-Benz Gazelle” olub. Bundan əlavə, yürüşdə müxtəlif illərin unikal retro avtomobilləri tamaşaçılarda nostalji hisslər yaradıb.

   Sərgidə klassik avtomobillərin yürüşü üçün qeydiyyatdan keçən, həmçinin Heydər Əliyev Mərkəzindəki daimi sərginin bəzi eksponatlarından ibarət nəqliyyat vasitələri nümayiş olunub. 

  Tədbirdə Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva, Azərbaycan Avtomobil Federasiyasının prezidenti Anar Ələkbərov, Bakı Şəhər İcra Hakimiyyətinin başçısı Eldar Əzizov, digər tanınmış şəxslər, səhər sakinləri iştirak edib.
  Yürüşə 1984-cü ilədək istehsal olunan avtomobillər qatılıb. Onların arasındakı ən qədim nəqliyyat vasitəsi 1929-cu ildə istehsal edilən “Mercedes Benz Gazelle” da olub. Bununla yanaşı, yürüşdə müxtəlif illərin bir-birindən unikal retro maşınları tamaşaçılarda nostalji hisslər yaradıb.

DİGƏR XƏBƏRLƏR

01-06-2023

Dənizkənarı Bulvar İdarəsinin uşaqlara hədiyyəsi

Daha çox
04-03-2026

Sahil kollektorunun Bakı bulvarına düşən hissəsi yenilənir

Daha çox
20-07-2025

Dənizkənarı Milli Parkda “Gecənin əfsanələri” adlı yarış, kartinq çempionatının finalı və drift şou keçirildi

Daha çox