1/

06-12-2019

Azərbaycan Səhiyyə Nazirliyinin İctimai Səhiyyə və İslahatlar Mərkəzi, Azərbaycan Tibb Universiteti və Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasının birgə əməkdaşlığı ilə 6 dekabr 2019-cu il tarixdə Dənizkənarı Milli Parkda “Hərəkətdə ol!” sağlamlıq yürüşü keçirilib. Yürüşün təşkilində əsas məqsəd əhalini bir çox xəstəliklərin əsas risk faktoru olan fiziki passivlikdən uzaq olmağa, fəal həyat tərzi keçirməyə səsləmək idi. Səhiyyə könüllüləri, gələcəyin həkimləri və gənc idmançılardan ibarət yürüş iştirakçıları insanları sağlam həyat tərzi keçirməyə, tütünçəkmə və digər zərərli vərdişlərdən uzaq olmağa çağırdılar. “Hərəkətli ol!”, “Tütündən imtina et!”, “Sağlam qidalan!” şüarları ilə əhalinin diqqətini cəlb edən yürüş iştirakçıları maraqlanan hər kəslə fiziki aktivliyin əhəmiyyəti barədə maarifləndirici söhbət apardılar. Əhalinin bir daha nəzərinə çatdırıldı ki, mütəmadi fiziki aktivlik ürək-damar xəstəlikləri, 2-ci tip şəkərli diabet, bir sıra xərçəng xəstəlikləri, piylənmə, depressiya və sümüklərin kövrəkləşməsinin qarşısını alır.

DİGƏR XƏBƏRLƏR

08-05-2026

Bakı bulvarında tutuquşulara həsr olunan fotomüsabiqəyə start verilir

Daha çox
26-08-2022

Dənizkənarı Milli Parkda gənc karateçilərin iştirakı ilə kütləvi tədbir keçirilib

Daha çox
30-06-2025

Dənizkənarı Milli Parkda “Gimnastika hamı üçün” növü üzrə üçüncü beynəlxalq “Challenge” festivalı keçirilib

Daha çox